Ötən gün detallı olaraq haqqında danışdığımız Clubhouse, son günlərin populyar platforması olmağa davam edir.


Facemark.az xəbər verir ki, platforma haqqında bu qədər çox danışılmasının ana səbəbi Clubhouse-a hələlik sadəcə iOS istifadəçiləri arasında dəvəti olanların daxil olmasıdır.


Qapalı bir sistem olması ilə yaradılan bu gizlilik insanda maraq doğurur. Platformanı maraqlı edən digər bir nüans isə Clubhouse-da daha çox məşhura rast gəlməyinizdir.



Platforma daxilində səyahət etdikcə, Kevin Hart, Drake, Chris Rock və ya Ashton Kutcher kimi məşhur şəxslərə qulaq asa, hətta onlara suallar belə verə bilərsiniz.


DAHA ÇOXU BURADA


Məhdud şəxslərə əlçatan olan Clubhouse, Andorid platformasına da gəlir! Bu haqda yaxın tarixdə Clubhouse-un bloq postu üzərindən məlumat verilib. Yazıya görə hər kəs platformadan istifadə etməlidir. Ona görə də yaxın zamanda Android istifadəçiləri də platformadan rahatlıqla istifadə edə biləcək.