Alphabet holdinqinin (Google və YouTube-un daxil olduğu ana şirkət) gəlirləri, 2020-ci ildə 12,7% artaraq 182,5 milyard dollara çatıb.


Facemark.az-ın məlumatına görə, şirkətin saytında dərc edilən hesabata görə, gəlirlərin 99%-dən çoxu pandemiyadan sonra da yenilənən Google-un internet-biznesindən gəlir.


2020-ci ilin 4-cü rübündə YouTube-un reklam gəliri 6,9 milyard dollar olub. 2019-cu ilin anoloji dövründə isə bu rəqəm sadəcə 4,7 milyard dollar idi.


Holdinqin Google Ad reklam platforması isə 2019-cu ildəki 37,9 milyard dollar ilə müqayisədə, ötən il 46,2 milyard dollar qazanıb. Alphabet-in rüblük gəliri 56,8 milyard dollara çatıb, bu isə analitiklərin gözlədiklərin 3,8 milyard dollar daha çoxdur.


Şirkətin rəhbərliyi Financial Times nəşrinə müsahibəsində deyib ki, şirkətlərin e-commerce-yə keçidi və reklamverənlərin digital büdcələrini artırması gəlirlərin yüksəlməsinə səbəb olub. Həmçinin əlavə ediblər ki, şirkətlərin TV reklamı üçün ayırdıqları büdcələr, onlayn platformaların xeyrinə dəyişib.


Google-un biznesin inkişafı üzrə direktoru Flipp Şindler isə deyib ki, “Ənənəvi televiziya telereytinqləri azalmağa doğru gedir. Reklamverənlər isə artıq TV seyr etməyən hədəf kütləyə çatmaq üçün YouTube kimi platformalara baş çəkirlər”.


Qeyd edək ki, 2020-ci ilin 3-cü rübündə YouTube-un reklam gəliri reklamverənlərin qayıtmasından sonra 30% artaraq 5 milyard dollara çatıb.


Ana korporasiya Alphabetin gəlirləri 14% artaraq 46,2 milyard dollara çatımışdı. Google-un reklam gəliri isə 37,1 milyard idi.