Twitter istifadəçiləri bir neçə həftə əldə etdiyi Revue platforması vasitəsilə şəxsi xəbər lenti yarada biləcəklər.


Facemark.az xəbər verir ki, ödənişin məbləği məlum olmayan bir razılaşmadan sonra Revue-nin Pro-funksiyası bütün istifadəçilər üçün pulsuz olub.


Müəlliflər üçün komissiya isə 5%-ə düşüb. Twitter-dən isə hesab edirlər ki, bu rəqabət yaradan bir addımdır. Bu yeniliyin hesabına müəlliflər pullu abunəçilərdən əldə etdiyi gəlirlərin böyük hissəsini özlərində saxlaya biləcəklər.



Revue platforması 2015-ci ildə Niderlandda yaradılıb və altı işçisi var idi. Twitter platformanın komandasını genişləndirməyi və onu müstəqil bir xidmət kimi inkişaf etdirməyi düşünür.


New York Times, nəşri yazır ki, Revue-nin alınması Twitter-in pul qazanmaq strategiyasının bir hissəsidir.


Pandemiyanın ilk həftələrində reklam büdcələri aşağı düşdükdən sonra, şirkət digər gəlir mənbələri axtarmağa başladılar.


2020-ci ilin iyulunda isə belə bir məlumat çıxdı ki, Twitter pullu abunəçilər üçün xidməti işə salacaq və kompaniya müvafiq vakansiyalar da yerləşdirmişdi.