Amazon 2020-ci ildə, 17 ildə ilk dəfə reklam xərclərini 100 milyon dollar azaldaraq 10,9 milyarda endirib.
Facemark.az-ın məlumatına görə, Campaign nəşrinin yazdığına görə, bir öncəki il kompaniya tanıtım üçün 11 milyard dollar xərcləmişdi.
Bazarın reklam büdcəsi, Amazon-un 109 milyon dollar xərclədiyi 2003-cü ildən bəri dəyişməyib.
Group M-in biznes analitiki Brayan Vizer isə deyir ki, pandemiyanın başlanğıcından Amazon-un marketinqə olan ümumi reklam xərclərini artıracağını düşünmək olardı, amma şirkət artan qlobal tələbi qarşılamayacağı riski ilə üzləşib.
- Amazon-un ümumi marketinq xərcləri illik müqayisədə 17% artaraq 22 milyarda çatıb, ancaq xalis satışların faizi kimi azalıb.
- Şirkətin gəlirləri il ərzində 52% artaraq 21,5 milyarda yüksəlib. Kompaniyanın əsas gəlir mənbəyi reklam olub, amma bu sahədən dəqiq qazancın nə qədər olması isə açıqlanmır.
- Amazon-un qlobal satışları 386 milyard dollar olub, onun 263 milyard dollar ABŞ bazarından gəlib. 29,6 milyard dollar Almaniya, 26,5 milyard dollar isə Böyük Britaniyanın payına düşüb.