Twitter-dəki məşhur Bitcon haker hücumunun da arxasında olan OGUsers hakerləri, sosial media platformalarında tez-tez hesabları oğurlayır, istifadəçilərin adı ilə ticarət edirlər.
Instagram, TikTok ve Twitter, qorumalı olduqları milyardlarla istifadəçinin hesabı üçün artıq güclərini birləşdirməyə qərar verib.
Instagram indi də həck hücumlarının nəticəsi olaraq oğurlanan hesabları platformasından bloklayıb. Instagram ilə yanaşı, TikTok və Twitter də eyni hakerlər tərəfindən ələ keçirilən hesablar ilə bağlı işlərə başlayıb.
Bir facebook nümayəndəsi məsələ ilə bağlı açıqlama verdi: “Bu gün OGUsers forumunun üzvlərinə bağlı yüzlərlə hesabı platformamızdan silirik. Instagram-ın istifadəçilərini təqdib edir, oğurluq edir və zərər verirlər. Instagram istifadəçi adlarından mənfəət əldə etmələrini çətinləşdirmək üçün əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik”.
TikTok-un nümayəndəsi isə belə bir açıqlama verib: Real olmayan davranışları müəyyən etmək və onları dayandırmaq üçün davam edən işimizin bir hissəsi olaraq, yaxın zamanda qanuna zidd olaraq hesabı ələ keçirmək üçün istifadə edilən bir sıra TikTok istifadəçi adını geri aldıq. Üçüncü şəxslər ilə və sektordakı digər şəxslər ilə əməkdaşlıq etmək də daxil olmaqla, pis niyyətli aktyorların davamlı olaraq inkişaf etdirdikləri hiylələr qarşısında olmağa davam edəcəyik.
Sosial media nəhəngləri sadəcə hakerlərə qarşı mübarizə aparmır. Eyni zamanda, hakerlər tərəfindən komissiya alaraq satışa vasitəçilik edən istifadəçilər də var. Paltformalar bu istifadəçiləri də müəyyən edərək, hesablarını bloklayır.
OGUsers nədir?
Platformada istifadəçi adları on minlərlə dollara satılır. SIM dəyişdirmə ilə yanaşı, fişinq, onlayn təcavüz, görüntülərinizi illeqal şəkildə əldə edərək şantaj texnikalarından faydalanırlar. Yəni, hakerlərin olduğu bir platformadır.