“Koronavirus pandemiyasından sonra bəşəriyyət iki yeni təhlükə ilə üz-üzə qalacaq”.
Facemark.az-ın məlumatına görə, bu haqda Microsoft şirkətinin rəhbəri Bill Qeyts Veritasium-un YouTube kanalına müsahibəsində deyib.
O, birinci problemi dünya əhalisi arasında illik ölüm nisbətinin artmasına görə, iqlim dəyişikliyi adlandırıb. Multimilyarder ikinci təhlükəni isə bioterrorizm hesab edib.
“Zərər vermək istəyən kimsə virus yarada bilər. Yəni, bu halla qarşılaşma ehtimalı bu kimi epidemiyalar ilə müqayisədə daha yüksəkdir”, - o, deyib.
Qeyts, trilyonlarla insanı xilas etmək üçün milyardlar xərcləmək və milyonlarla insanın ölümünün qarşısını almaq məcburiyyətində qalacaqlarını deyib.
Qeyts bunu dünyanın ala biləcəyi ən yaxşı və ən iqtisadi sığorta siyasəti adlandırıb.
Bundan başqa, Microsoft şirkətinin qurucusu koronavirus pandemiyasından sonra yeni pandemiyanın da qaçılmaz olduğu fikrini təkrarlayıb. O, deyib ki, əgər bəşəriyyət şanslıysa bu 20 ildən sonra başlaya bilər. Yanvarın sonunda Qeyts deyirdi ki, növbəti pandemiya əvvəlkilərdən 10 qat daha pis ola bilər. Qeyts əlavə edirdi ki, dünya buna hazır deyil.
2020-ci ilin oktyabrın sonunda isə Bill açıqlamasında xəbərdarlıq edərək deyirdi ki, koronavirusa görə hazırlanan birinci vaksin ideal olmaya bilər. Eyni zamanda, milyarder bəşəriyyətin normal həyata qayıtmağı üçün effektiv və uyğun qiymətli preparatların olmasını vacib hesab edirdi.