Facebook, Clubhouse-un analoqu olan audioçat funksiyası üzərində çalışır.
Facemark.az-ın məlumatına görə, bu haqda New York Times (NYT) öz mənbələrinə istinadən yazır.
Mənbənin bildirdiyinə, əsasən, adı bilinməyən yeni məhsul inkişafının ilk mərhələsindədir.
“Biz artıq uzun illərdir ki, insanlar ilə audio və videotexnologiyanın vasitəsilə əlaqə qururuq. Bu təcrübəni daim inkişaf etdirmək üçün də yeni həllər axtarırıq”, - deyə Facebook-un məbuat katibi Emili Haskell deyib.
Bildirək ki, Facebook şirkətinin rəhbəri Mark Zukerberq Clubhouse-da artıq öz hesabını açıb və ilk reportajını yayımlayıb.
Facebook şirkəti rəqiblərinin məhsullarını klonlamaq ilə məşhurdur. 2016-cı ildə Instagram, Snapchat-ın əsas funksiyalarından biri olan Stories-ı kopyalamışdı. 2020-ci ildə pandemiyanın gəlişi ilə Zoom platformasının populyarlığının artmasından sonra, Facebook şirkəti özünün qrup video çat funksiyasını daha da təkmilləşdirmişdi.
Bu il isə şirkət xəbər rassılka xidmətlərinə rəqib olacaq Substack üzərində çalışmağa başlayıb.
Qeyd etmək yerinə düşər ki, Clubhouse səsli çat üzərində qurulan yeni sosial şəbəkədir. Onu 2020-ci ilin martında Google-un sabiq əməkdaşları Pol Devidson və Rohan Set hazırlayıb. Bir ildən az müddətdə platforma 2 milyondan çox abunəçi toplaya bilib və dəyəri isə 1 milyard qiymətləndirilir.
Nəşrin bildiriyinə görə, əlavə artıq beta-test mərhələsindədir. Audioçat funksiyası üzərində Twitter də test işlərinə başlayıb. Clubhouse-dan fərqli olaraq Spaces-də çox çətin moderatorluq sistemi olacaq. İstifadəçilər digər istifadəçiləri şikayət edə, eləcə də bloklaya biləcəklər. Yeni platformanın ilk test istifadəçiləri qadınlar və marjinal qrupdan olan insanlar təşkil edib.