Twitter bir il öncəsinə görə 26%-lik böyümə əldə edib. Məşhur sosial platforma 2020-ci ilin son rübündə 1,29 milyard dollar gəlir əldə etdiyini açıqlayıb.


Facemark.az-ın məlumatına görə, analitiklərin gözləntilərinə görə, Twitter-in illik gəliri 3,72 milyard dollar olub.


Məsələ ilə bağlı açıqlama verən Jack Dorsey deyib ki, “mükəmməl bir il yaşadıq”.


Bəzi analitiklər Donald Trump-ın hesabının bloklanmasının Twitter üçün gözlənilən böyüməni yavaşladacağını təxmin edirdi.


Twitter CEO-su Jack Dorsey: “Biz hər-hansı bir məsələdə və ya hər hansı bir hesabdan çox daha böyük bir platformayıq”, - demişdi və haqlı çıxdı.


Dorsey, eyni zamanda deyib ki, Twitter-da vaxt keçirən insanların 80%-i ABŞ-dan kənarda yaşayır.


Twitter, son rübündə, “gəlir əldə ediləbiləcək” gündəlik aktiv istifadəçi sayının da üçüncü rübə görə 5 milyon artaraq 192 milyona çıxdığını və illik gəlirinin 3,72 milyard dollara çatdığını açıqlayıb.