Nestle birinci dəfə veqanlara özəl KitKat hazırlayır.
Facemark.az-ın məlumatına görə, bu haqda istehsalçının özünün rəsmi saytında bildirilib.
KitKat V 2021-ci ildə dünyanın seçilmiş müxtəlif pərakəndə satış mağazalarında satılacaq.
Veqan batonları Böyük Britaniyanın York şəhərində yerləşən şirniyyat fabrikində hazırlanacaq.
Yuxarıda da vurğulandığı kimi birinci növbədə məhsul seçilmiş pərakəndə satış mağazalarında satılacaq. Bununla kompaniya məhsulun bazardakı tələbatını öyrənmək istəyir.
KitKat V hazırlanması prosesində südü, düyü qarışığı ilə əvəz edib və 100% ekoloji təmiz kakaonu şəkər ilə qarışdırıb.
“Bu resepti hazırlamaq üçün Nestle-yə 2 il lazım olub”, - bu haqda Bloomberg nəşrinə Nestle-nin şirniyyat biznesinin rəhbəri Aleksandr fon Maiyo deyib.
O, deyib ki, insanların yediklərini dəyişdirən qida inqilabı baş verir.
Nestle artıq düyü, yulaf, kokos, noxud və badamdan hazırlanan süd məhsullarına alternativlər təqdim edib.
