Twitter sosial şəbəkəsi pullu abunə funksiyası olan Supper Follows-u işə salır.

Facemark.az-ın məlumatına görə, The Verge nəşri yazır ki, indi istifadəçilər eksklüziv kontent üçün abunə haqqı ödəyə və maraqlarına uyğun qruplar yarada biləcəklər.

Abunənin qiyməti haqqında isə məlumat verilmir. Funksiyanın köməyi ilə Communities qruplar yaratmaq, maraq dairəsinə və mövzulara uyğun qruplara qoşulmaq mümkün olacaq.

Twitter-in nümayəndəsi isə nəşrə açıqlamasında deyib ki, yenilik hesabına şirkət gəlirini 2023-cü ilə qədər 7,5 milyard dollara qədər yüksəltməyi düşünür. Eləcə də qarşıdakı 3 ildə istifafəçi sayını hər dəfə 20% artırmaq mümkün olacaq.

Bu ayın əvvəlində isə şirkət səsli çat funksiyası olan Spaces-i işə salmışdı. Xidmət sosial şəbəkənin ötən ilin dekabrında bağlanmasını elan etdiyi Periscope xidməti əsasında işləyir.