Clara Zetkin 5 iyul 1857-ci ildə Almanyada doğulub. 20 iyun 1933-cü ildə isə Rusiyada vəfat edib. İnqilabçı, sosialist, Alman siyasətçi və qadın hüquqları müdafiəçisi olub. 1917-ci ilə qədər Alman Sosial Demokrat Partiyasında çalışıb. Daha sonra Almaniyanın Müstəqil Sosial Demokrat Partiyasına (USDP) qatılıb və 1919-cu ildə Almaniya Kommunist Partiyası (KDP) olan Spartakusbund-un qurucularından biri olub.
1878-ci ildə Alman Sosialist Partiyasına (SAP) qatılıb. Sosialist hərəkat qadağan edildikdən sonra Sürix daha sonra Parisə sürgün olunub. 1910-cu ildə Danimarka, Kopenhagendəki İkinci Sosialist İnteqrasiyanın qurucu qurultayına (1889) qatılıb. Qurultayda Clara, 8 Mart 1957-ci ildə toxuculuq fabrikində baş verən yanğında ölən qadın işçilərin xatirəsinə 8 Mart-ı “Beynəlxalq Qadınlar Günü” olaraq qeyd etmək təklifi verdi və təklif yekdilliklə qəbul edildi.
Bəzi ölkələrdə qeyd edilməsinin qadağan edildiyi Beynəlxalq Qadınlar Günü 1960-cı illərin sonunda ABŞ-da qeyd olunmasının başlaması ilə gündəmə gəlib. Daha sonra Almaniyaya qayıtdı və 1892-1917-ci illərdə Ştutqartdan Sosialist qadın qəzetinin redaktoru oldu.
Beynəlxalq Sosialist Qadınlar Konqresinin qurucularından biri idi. Leninin və inqilabçı yazıçı Rosa Lüksemburqun yaxın dostu olan Clara Zetkin, Birinci Dünya Müharibəsinə qarşı ilk beynəlxalq qadın konfransını təşkil etdi (Bern, 1915), 1916-cı ildə radikal Spartak Birliyinin (Spartakusbund) qurucularından biri idi və bu birlik 1919-cu ildə yeni Alman Kommunist Partiyasına çevrildi, partiyanın mərkəzi komitəsinin üzvü oldu və 1920-ci ildən Reyxstaqda (federal alt palata) xidmət etdi. Üçüncü İnternational-ın prezidenti seçildi (1921), vaxtının çox hissəsini Moskvada keçirdi.
Üç cild Ausgewählte Reden und Schriften (“Seçilmiş nitqlər və yazılar”) 1957-1960-cı illərdə Şərqi Berlində nəşr olundu. Adolf Hitler Reyxstaqdakı yanğından sonra Alman Kommunist Partiyasını qadağan etdikdən sonra, Zetkin ömrünün son illərini Sovetler birliyində sürgündə keçirdi.
1932-ci ildə Reyxstaqın ən yaşlı üzvü olaraq faşizmi pisləyən bir çıxış edib. Son işi “Len'in Qadınlara Vəsiyyəti” adlı məqaləsi idi.