Məşhur psixoloq Doğan Cüceloğlunun xatirələrindən bir neçəsini sizinlə paylaşırıq.


- “Bir gün mağazaya daxil oldum, olduqca mədəni şəkildə köynəyin qiymətini soruşdum, daha sonra almaq istədiyimi bildirdim. Satıcı məni belə görmürdü. Daha sonra köynəyi aldım və mağazadan uzaqlaşdım. Əgər o an səsimin tonunu qaldıraraq o köynək neçəyədir?, almaq istəyirəm (daha özündənrazı şəkildə) desəydim, dərhal mənim fərqimə varacaqdılar. Bu ölkədə insanların tez əsəbləşmək, özündən çıxmaq problemi var. Bu gün Tükiyənin 10 problemi varsa, onlardan biri də budur”, - Doğan Cüceloğlu


- Bir dəfə konfranslarımın birində kişinin biri əlini qaldırdı və sual vermək istədiyini dedi. Daha sonra mikrafonu ələ aldı və kobud bir səs tonu ilə soruşdu. Bu zalda nə qədər adam var?


Mən: Hər halda 600-700 olar. O isə cavabında 820 nəfər zalda var. Sizin dedikləriniz sadəcə 820 nəfərə xitab edir, amma ölkədə 70-80 milyon insan var, siz onlara xitab etməlisiniz. Sizin dedikləriniz heç bir işə yaramır, bunu bilin. Mən isə cavabımda bəyəfəndi qəzəblisiniz? O, da bəli qəzəbliyəm.


Mən isə cavabımda sizin əsəb və qəzəbiniz müqəddəsdir. Türkiyənin aydınlıq gələcəyinə əl qoymusunuz, bunu görmək istəyirsiniz. Bunu görəməməkdən qaynaqlanan xəyal qırıqlığı içindəsiniz. Türkiyənin yaxşılığını istəməyiniz, daha gözəl günlərdə olmağını istəməyiniz çox gözəldir. Sizə minnətdaram. Bu müqəddəs bir qəzəbdir. Öncə təəccübləndi. Ancaq əlavə etdim ki, yaxşı ki Atatürk sizin kimi məsələyə baxmırdı. Çünki milli mübarizə zamanlarda sizin qəzəblə danışdığınız cəmiyyət, o zamanlar bəlkə də daha betər olub. Ancaq o bir potensial gördü, qollarını çirmələdi, təşkil etdi, mübarizə apardı. Bu gün bir realıq olaraq Türkiyə Cümhuriyyətini yaşayırıq”.


- Kim Cahit Okureri tanıyır? Bir Allahın qulu onu tanımadı. O, mənim, liseydə ədəbiyyat müəllimim idi. İndi qarşınızda danışan elm adamı Doğan Cüceloğlu Cahit Okurerin ruhunu təmsil edir. O mənə güvəndi, mənə inadı. Məni izlədi, mənim elm adamı olmağım üçün mənə güc verdi. Bu gün onun sayəsində qarşınızdayam. Bu gün bilmirəm mənim dediklərim kimlərə faydalı olur. Ancaq bir nəfər mütləq ki, vardır. 1 nəfər belə faydalansa, deməli bir gələcək, potensial var.