Striminq xidməti Netflix auditoriya arasında popular olan formatları sınaqdan keçirir.
Netflix-də Fast Laughs adlı bölmə yaradılıb. Bu bölmə gülməli nəyəsə baxmaq istəyənlər üçün hazırlanıb.
Facemark.az xəbər verir ki, yeni funksiya özündə klip lentlərini ehtiva edir, məsələn, bura komedik filmlər daxildir (Murder Mystery), (Big Mouth serialı) və stendaplar aiddir.
Fast Laughs bölməsini Netflix-in əlavəsində tapmaq olar. Bölmə popular şəbəkə olan TikTok-a bənzədilib və oradakı kontent avtomatik olaraq yenilənir.
Netflix bu yeni funksiyanı əlavə bir xidmət kimi təqdim etmədiyinə görə, TikTok-a rəqabətindən söhbət getmir, çünki məhsul əlavənin daxilində yaradılıb.
Onlayn kinoteatr ümid edir ki, istifadəçi hər-hansı epizodu bəyənəcək və orijinal film və şouya aid olan çarxları sosial şəbəkələrdə paylaşacaq (Whatsapp, Instagram, Snapchat, Twitter).
Hazırda Fast Laughs iPhone istifadəçisi olan bir çox ölkələrdə əlçatan olub, məsələn, bura ABŞ, Böyük Britaniya və Kanada daxildir. Daha sonra isə kompaniya yeni funksiyanı Android versiyada da əlçatan edəcək.
Qeyd etmək yerinə düşər ki, onlayn kinoteatr rekord auditoriyaya çatıb, 200 milyon pullu istifadəçi.
2020-ci ildə yeni abunəçilərin sayı 31% artıb, baxmayaraq ki, şirkət marketinq xərclərində 16% azalma etmişdi.
Buna görə də şirkətin reklam büdcəsi daha güclü enmə müşahidə etmişdi 23%, 1,9 milyard dollardan 1,4 milyard dollara qədər.