Facebook şirkətinin rəhbəri Mark Zukerberq deyib ki, şirkət üz və göz izləmə texnologiyasına malik olan VR-qarnitur hazırlayır.


Facemark.az xəbər verir ki, The Information nəşrinin bildirdiyinə görə, belə qarniturun köməyi ilə realist, rəqəmsal avatarlar hazırlamaq mümkün olacaq.


Gələcəkdə Facebook-un VR qarnituru real animasiya avatarları hazırlamaq üçün lazım olan bütün sensorlar ilə təchiz ediləcək. Beləliklə, şirkət artırılmış reallığın köməyi ilə layihələrin inkişafına etibar edir.


Sosial şəbəkə yaradıcısının sözlərinə görə, mövcud virtual reallıq texnologiyaları onsuz da sosial ünsiyyət və oyunlarda təcrübə əldə edib. Gələcəkdə real avatarlar istifadəçi ilə göz əlaqəsi qura biləcək, nəticədə avatarda real emosiyalar öz əksini tapacaq.


Facebook yeni nəsil avatarları 2021-ci ildə təqdim edə bilər. 2022-ci ildə isə “ağıllı” eynək hazırlamağı planlaşdırır. Qeyd edək ki, daha əvvəl oxşar yeniliyi Microsoft şirkəti etmişdi.