Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 446 mindən çox artıb.


Facemark.az-ın 1news.az-a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.


Məlumata əsasən, ötən sutka ərzində 446 872 nəfər yeni koronavirusa yoluxub, 9 332 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 117 799 584, ölənlərin isə 2 615 018 nəfərə çatıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.