Renault brendin yeni loqotipini təqdim edib. Onun forması isə dəyişməz olaraq qalıb. Belə ki, romb 1925-ci ildən bəri avtoistehsalçının simvolu olaraq qalmaqdadır.

Facemark.az xəbər verir ki, birinci loqotip isə ilk dəfə Renaulution təqdimat strategiyası çərçivəsində nümayiş edilib.

Renault 5 Prototip yeni emblem ilə təqdim edilmiş ilk avtomobil olub. Yeni loqotip ilə bağlı Renault müsbət geridönüş əldə edib, bu avtoistehsalçını həvəsləndirib, elə buna görə də yeni emblem digər avtomobillərdə də görünəcək.

Renault-un dizayn üzrə direktoru Jil Vidal:

Romb, dünyada və avtomobillər dünyasında ən çox tanınan simvollardan biridir. Bu parlaq individullığa malik olan sadə bir həndəsi fiqurdur. Bizim qarşımızda belə bir tapşırıq var idi, onu yeniləmək, ona yeni və müasir dəyər qatmaq idi. Bu yolla şirkət gələcəkdə daha çox inkişaf etməyi hədəfləyib.

Özünün uzunmüddətli tarixi dövrü ərzində Renault bir neçə dəfə firma stilində dəyişiklik edib. Ancaq 1925-ci ildən bəri dəyişməz olan tək nüans o idi ki, markanın simvolu halına gələn və dərhal tanınan romb dəyişilməmişdi. O vaxtdan bəri şirkətin loqotip dizaynı 8 dəfə dəyişikliyə məruz qalıb.

Qeyd edək ki, ötən ay Fransız şirkəti olan Peugeot da şirkət loqotipində dəyişikliyə getmişdi. Daha əvvəl isə General Motors, KIA, Nissan, Volkswagen, BMW, Opel kimi avtomobil markaları da emblemlərini yeniləmişdi. Onların hər birinin loqotipləri isə ikiölçülü və daha da sadələşdirilmiş dizayna malik idi.

https://youtu.be/CbXWbp0QBT4