iPhone 12-nin istifadəçiləri rəngli smartfonların solmasından şikayət edib.


Facemark.az xəbər verir ki, bu haqda SvetApple portalı məlumat yayıb.


Portalın müəllifinin sözlərinə görə, o smartfonu alan gündən bəri onun qoruyucu qabını çıxarmayıb. Buna baxmayaraq, yenə də qadjetin kənarlarının rəngi qırmızıdan narıncıya solub.


Telekanal 360-ın məlumatına, əsasən Apple-ın servis mərkəzləri isə cihazı təmir etməkdən imtina edirlər və bildirirlər ki, cihazda hər-hansı nasazlığın olması ilə, rəng solmasının heç bir əlaqəsi yoxdur.


NSN portal isə yazır ki, portalda yayımlanan məqalənin altında şərh yazan şəxslər isə bildirirlər ki, analoji problem yeni iPhone modellərində müşahidə edilib.


REN TV isə qeyd edir ki, qızıl və gümüş rənglərində olan yeni iPhone modelləri istisna olmaqla, digər rənglərdə solma müşahidə edilib. Bildirilir ki, rəngli telefonlarda rəng solğunluğunun qarşısını almaq üçün onlar xüsusi bir maddə ilə təchiz edilib. Amma görünür, Apple kompaniyası qadjet 11 və SE 2 modelləri istisna olmaqla, digər modellərdə qənaətə getməyə üstünlük verib.


Qeyd etmək yerinə düşər ki, martın 2-də isə Avstarliya sakini Robert De Rouz Apple şirkətini cibində iPhone-un partlamasından dolayı məhkəməyə verib. Partlama nəticəsində smartfonun sahibi 2-ci dərəcəli yanıq xəsarəti alıb.