Tesla-nın CEO-su Elon Musk-ın artıq yeni bir ünvanı daha var.
Facemark.az-ın məlumatına görə, ABŞ-ın Qiymətli Kağızlar və Birja Kommissiyasına həftənin əvvəlində göndərilən bir sənədə görə Musk özünə rəsmən “Technoking” ünvanı verib.
Son həftələrdə kriptovalyutalar ilə bağlı paylaşımları ilə gündəmdən düşməyən Elon Musk yenə çox danışılacaq bir yeniliyə imza atıb.
Musk, Tesla-dakı CEO ünvanına rəsmi şəkildə yeni bir ünvan da əlavə edib. Buna görə Musk bundan sonra Tesla-dakı CEO-luq vəzifəsindən başqa “Technoking of Tesla”, yəni “Tesla-nın Texni Kralı” kimi də təqdim ediləcək.
Həmçinin şirkətin CFO-su Zach Kirkhorn-a “Master of Coin” (Pul ustası) ünvanı verilib.
Bu vəziyyət ağıllara bir dövrlərin popular serialı olan “Game of Thrones”da keçən Westeros kainatında kral ya da karliçənin xəzinadarına verilən “Master of Coin” ünvanını ağıllara gətirir. Təbii ki, əsas məsələ şirkətin builki 1,5 milyard dollarlıq (1,1 milyard sterlinq) Bitcoin satın alması ilə bağlı olub. Musk-ın və Kirkhorn-un yeni ünvanlarının detalları isə hələ ki məlum deyil.
Musk-ın zamanlaması çox mənalıdır
Digər tərəfdən bu ünvan məsələsinin bir Tesla investorunun Musk və şirkətə bir sıra əlaqəsiz və qeyri-qanuni tvit atmasından dolayı dava açmasından sadəcə günlər sonra gəlməsi də maraqlıdır.
Xatırlayırsınızsa, Chase Gharrity-nın vəkilləri Musk-ı on milyonlarla izləyicisinə Tesla-nın maliyyə vəziyyəti ilə bağlı yanlış bəyanlarından dolayı günahlandırmışdı. Ötən ilin mayında Musk, Tesla-nın səhmlərinin “çox yüksək” olduğunu iddia edən bir tvit paylaşdı. Həmin vaxt şərhlər isə şirkətin bazar dəyərinin 13 milyard dollar azalmağına səbəb oldu.