“Tesla” şirkətinin istehsal etdiyi elektromobilləri bundan sonra bitkoinlə almaq mümkündür.
Facemark.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə şirkətin sahibi, tanınmış iş adamı İlon Mask “Twitter” səhifəsində yazıb.
Şirkət sahibi, həmçinin, xaricdə, yəni ABŞ-dan kənarda “Tesla” elektromobillərini bitkoin ödəməklə almağın bu ilin sonundan mümkün olacağını bildirib.
Xatırladaq ki, fevralın 8-də “Tesla” bitkoin kriptovalyutasına 1,5 milyard ABŞ dolları yatırdıqlarını, yaxın gələcəkdə bitkoini məhsullarına görə ödəniş vasitəsi kimi qəbul etməyə başlayacaqlarını açıqlayıb. Bundan bir qədər sonra İ.Mask bitkoinə sərmayəni bədxərclik olaraq dəyərləndirib.