Şirkət mütəxəssisləri 2020-ci ildə platformadakı satışlar barəsində məlumatları təhlil etdilər və Rusiyanın ən aktiv bölgələrinin onlayn istehlak səbətini təqdim ediblər.
Facemark.az xəbər verir ki, Moskva və Peterbruq şəhərlərindən başqa, onlayn alış baxımından ən aktiv bölgələr Novosibirsk, Volqoqrad, Yekaterinburq, Kazan, Krasnodar, Nijniyi Novqorod, Rostov-na-Don, Kalininqrad, Samara, Ufa, Çelyabinski şəhərləri olub.
Aliİndexs - fərqli kateqoriyalarda orta istifadəçilərin istifadə etdiyi və onlar arasında populyar olan ortalama bir məhsul dəstidir. Bura isə smartfonlar, məişət texnikası, fashion mallar - gödəkçə, əlbisə, cins, futbolka, krossovkalar daxildir. Xüsusilə 2020-ci ildə fashion mallar kateqoriyasında aktiv bir artım müşahidə edilib. AliExpress-də ən populyar olan lokal brendlər isə - Vero, Moda, Toppies və s. olub.
Şirkətin mütəxəssisləri deyiblər ki, son bir ildə AliExpress alıcıları sürətli bir çatdırılma da daxil olmaqla, Rusiyalı satıcılardan mal sifariş edirlər. Yerli malların satış payı ümumi platforma dövriyyəsinin 25%-dir. 2020-ci ilin sonunda platformada olan Rusiyalı satıcıların sayı 35 000, yerli çeşidlər isə 5,5 unikal məhsula qədər artıb.
Rusiyalıların AliExpress platformasında onlayn istehlak səbətində ən böyük pay smartfonlardır ki, pul ifadədə ümumi həcmin 33%-nə bərabərdir. Ən populyar modellər Xiaomi POCO X3, Xiaomi Redmi Note 9 və Apple iPhone XR olub. Evdə köməkçi cihazlar və gözəllik cihazları Aliİndexs səbətinin demək olar ki yarısını, 49%-ni tutur. Bu mal kateqoriyasında Rusiyalıların ən çox pul xərclədiyi isə elektrik süpürgələri olub, ümumi xərclərdəki payı 21% olub. Ən populyar modellər Bosch BGSO5A221ultra kompakt tozsoran və iLife V50 və V55 robot tozsoranlardır.
Geyim kateqoriyası isə Aliİndeks-də ümumi xərclərin 18%-ni tutur. Ən çox pul Uppin süni xəz paltarlarına, Toppies markasının ipək paltarlarına, qadınlar üçün böyük ölçülü cins şalvarlara, böyük bədən ağ futbolkalara, ağ idman ayaqqabılarına, istilik saxlayan Ninetygo məhsuluna xərclənib.