InstaLeaks-in məlumatına görə, Instagram stories-də stiker formasında daha sürətli cavablandırmanı test edir.

facemark.az-ın məlumatına görə, yenilik 4 kateqoriyada təqdim ediləcək: xoşbəxt, şən, qəmgin, sevilən.


Yeni funksiya istifadəçilərə emosiyalarını daha tez ifadə etmək imkanı verəcək. Seçim indi yalnız 8 emoji ilə məhdudlaşır.


Instagram-ın daha bir testlərindən biri isə postların altındakı şərhlərdən birbaşa olaraq direktə yazmaq imkanıdır. Stories atan şəxsə mesaj göndərmək üçün onun profilinə daxil olmağa ehtiyac olmayacaq.

Yeni testin buraxılması isə hələ ki məlum deyil.