Socialinsider, Sked Social ilə birgə Instagram-da 102 milyondan çox biznes postları analiz edib.

facemark.az xəbər verir ki, sosial şəbəkədə orta çatımlılıq ilə bağlı araşdırmanı paylaşıb.

Instagram ilə bağlı bu nəticələrə gəlib çıxılıb:

- Instagram-da çatımlılıq nisbəti 2019-cu ildə 2,02% artım göstərib. 2020-ci ilin əvvəlində göstəricilər artdı, daha sonra isə əvvəlki nisbətinə çatdı.

- Karusel postları üzrə reach xüsusilə abunəçi sayı çox olmayan, 5000 nəfərə qədər olanlarda daha çox olub. Bu cür format daha çox əhatə dairəsinə çatır.

- Vizuallar, əsasən böyük profillərdə daha çox qeyd edilir.

- 10 sözdən az qısa başlıqlar daha effektivdir. Video başlıqları üçün isə 30 sözdən çox olmağı effektiv hesab edilir.

- İstifadəçilər daha çox videoya şərh yazırlar.