Payments (ödənişlər) funksiyası, kontent istehsalçıları və spikerlərin gəlir əldə etmələrini mümkün edir.
Son dövrlərin populyar sosial media şəbəkələrindən biri olan Clubhouse, kontent istehsalçıları və spikerlərin gəlir əldə etməsinə kömək olacaq Payments (ödənişlər) funksiyasını elan edib.
Facemark.az xəbər verir ki, hələ test mərhələsində olan və ilk mərhələdə məhdud sayda istifadəçiyə əlçatan olacaq Payments funksiyası vasitəsilə istifadəçilər, kontent istehsalçılarına direkt maliyyə ayıra biləcək.
Hər-hansı bir kontent isthehsalçısının gəlir əldə etməsi üçün öncəliklə Payments funksiyasını aktiv etməsi lazım olacaq.
Kredit kartı və ya bank məlumatlarını daxil edənlər, istədikləri kontent istehsalçılarına Send Money (Pul Göndər) vasitəsilə maliyyə ayıra biləcəklər. Maliyyə yardımı edən istifadəçidən az miqdarda prosess pulu alınacaq, ancaq Clubhouse adiyyatı maliyyədən hər-hansı bir gəlir əldə etməyəcək.
Prosses haqqı sosial şəbəkənin ödəniş funksiyası vasitəsilə əməkdaşlıq etdiyi Stripe-ın kassasına daxil olacaq. Ayrılan maliyyə isə direkt olaraq kontent istehsalçılarına veriləcək.
