Amazon Londonda ikimərtəbəli gözəllik salonu açıb.

Facemark.az xəbər verir ki, şirkətin bloqunda verilən məlumata görə, müəssisənin açar nüansı odur ki, burada AR rejimində saç rənglərini və yaraşan saç kəsimini öncədən seçmək olur.

Burada daha bir texnologiya isə şirkətin özünün point and learn adlandırdığı yenilikdir. Bu texnologiyanın köməyi ilə göstəriş vermək və öyrənmək olur. Müştərilər maraqlandıqları məhsulu ekranda göstərə və məlumatı displeydə görə bilərlər. Salonun müştərilərinə brend haqqında və maarifləndirici videoçarxlar nümayiş etdiriləcək.

Kosmetik və digər məhsulları almaq üçün istifadəçilərdən rəfdə olan QR kodu skan etmələri istəniləcək. Almaq istəsələr isə Amazondakı məhsul səhifəsinə keçid edəcəklər. Müştərilər evə məhsul çatdırılması xidmətindən də faydalana biləcək.

Gözəllik salonu öncə Amazonun işçiləri üçün əlçatan olacaq. Yaxın həftələrdə isə geniş ictimaiyyət üçün açıq elan ediləcək. Amazondan deyirlər ki, salon şirkətin yeni məhsullarının və texnologiyalarının və Amazon haqqındakı məlumatların nümayiş olunduğu sərgi yeri olacaq.