Qlobal texnologiya lideri Xiaomi-nin Türkiyədəki yaradıcı kommunikasiya işlərini birlikdə icra edəcəyi agentlik Senfonico olub.


Facemark.az-ın məlumatına görə, Senfonico, Xiaomi-nin əsas agentlik vəzifəsini icra edəcək.


Şirkət, eyni zamanda digital və sosial media tərəfindən də partnyorluğunu davam etdirəcək.


Qarşıdakı dövrlərdə marka Türkiyədəki kommunikasiyasını daha lokal addımlarla icra edəcək. Marka Senfonico-nun, həm strateji, həm də kreativ təcrübəsindən faydalanaraq bazardakı mövqeyini daha da gücləndirəcək.


Xiaomi-nin kommunikasiya işlərini icra edəcək Senfonico-nun xidmət verdiyi markalar sırasında Netflix, Spotify, Red Bull, Trendyol, Head & Shoulders, Pantene, Riot Games və Xbox kimi markalar yer alır.