Twitter kompaniyasının gəliri ötən il 7% artıb və 3,72 milyard dollara çatıb. Bu pulun 1 milyard dollarını şirkət reklamlardan qazanıb.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin maliyyə hesabatında məlumat verilib.
2020-ci ilin II rübündə şirkətin gəlirləri azalma nümayiş etdirib və 23% enib. İlin sonunda isə şirkət böhrandan çıxmağa nail olub. Platformanın reklam gəliri 1,15 milyard dollara çatıb, bu isə 2019-cu ildəki rəqəmlər ilə müqayisədə 31% daha çoxdur. Bu halda şirkətin reklam elanlarının sayı 35% artım göstərib.
Şirkətdən isə deyirlər ki, belə bir nəticəyə yeni xidmətlər, platforma imkanları, həmçinin, yeni reklam formatı və təkmilləşdirilmiş hədəflənmə səbəb olub.
Kompaniyanın ABŞ-da gəliri isə 733 milyon dollar olub, bu da illik müqayisədə 24% artım deməkdir. Qalan ölkələrdə isə gəlir 556 milyon dollar olub, bu da bir il öncəki rəqəmlə müqayisədə 34% daha çoxdur.
Twitter üçün ən gəlirli rüb isə 2020-ci ilin IV rübü olub. Şirkət bu dövrdə 1,29 milyard dollar həcmində gəlir əldə edib bu isə proqnozlardan 28% daha çoxdur.
Kompaniya, xüsusilə 2021-ci ildə mühəndislik, məhsul istehsalı, dizayn və tədqiqat sahələrində işçi sayını 20% artırmağı planlaşdırır. Proqnozlarda, eyni zamanda gəlirin milyard dollar səviyyəsində qorunması da qeyd edilib.
Daha öncə isə məlum olub ki, Twitter səsli çat xidməti Clubhouse-u almaq barəsində danışıqlara başlayıb. Müqavilənin dəyəri isə 4 milyard dollar qiymətləndirilir.