Platforma ana şirkətin bölməsinə çevriləcək, amma ayrıca brend altında fəaliyyət göstərməyə davam edəcək.
Getty Images fotobankı müəllif foto stoklarının olduğu Unsplash-ı alıb.
Facemark.az-ın məlumatına görə, bu haqda şirkət martın 30-da məlumat yayıb. Müqavilənin dəyəri isə açıqlanmır.
Unsplash-ın qurucuları olan Mikael Co, Luk Cesser və Stefani Liverani xidmətin biznesini idarə etməyə davam edəcək. Onlar müstəqil kontent modelini qoruyacaqlar, ancaq Getty Images-in baş icraçı direktoru Kreyq Pitersə məruzə edəcəklər.
“Bu, şirkətin bağlanmasına işarə edən satınalma deyil. Unsplash ayırca bir brend kimi fəaliyyət göstərməyə davam edəcək və Getty Images-in bölməsi olacaq”, - deyə Mikael Ço deyib.
O, əlavə edib ki, xidmətin komandası bütün heyət ilə, əvvəllər seçilmiş istiqamətlər üzrə inkişaflarını davam etdirəcəklər.
Getty Images-in açıqlamasında bildirilir ki, Getty Images, iStock və Unsplash, həmçinin, API Getty Images-in birgə əməkdaşlığı nəticəsində dünyanın yaradıcı insanlarını cəlb etmək mümkün olacaq.
Unsplash 2013-cü ildə yaradılıb. Bu gün platformada 100 milyondan çox foto var, aylıq baxış sayı 20 milyarda çatır.
Unsplash-ın fotoqraflar heyəti, həm həvəskar, həm də peşəkarlardan NASA, Konqres Kitabxanası, SpaceX və s. təşkil edilib.