Twitter kompaniyası Spaces live-audio room adlı yeni funksiyasını yaradıb.


Facemark.az xəbər verir ki, bu yenilik istifadəçilərə real vaxtda, xüsusi virtual otaqlarda audio danışıqların iştirakçısı olmağa icazə verir.


Bu haqda məlumatı isə 3 may, bazar ertəsi günü CNBS nəşri yazıb. Bildirilir ki, yeni funksiya bazar ertəsi günündən etibarən 600-dən çox istifadəçisi olan iOS və Android istifadəçiləri üçün nəzərdə tutulub.


Spaces test dövrünə ötən ilin noyabrında başlayıb. Eyni zamanda, güman edilir ki, bu funksiya hesabına Twitter-də aktiv istifadəçisi bazası 2023-cü ilin sonuna qədər 315 milyon nəfərə qədər yüksələ bilər.
Otaqların sahibi moderator funksiyasını da icra edə bilər, yəni mövcud istifadəçiləri çıxara və yenilərini əlavə edə bilər.


Qeyd edək ki, aprelin 7-də Bloomberg Twitter-in Clubhouse-u almaqla bağlı planını açıqlayıb. Potensial müqavilənin dəyəri 4 milyard dollar qiymətləndirilir. Clubhouse 2020-ci ilin martında Alpha Exploration startapının sahibi Pol Devinson və Rohan Set tərəfindən ərsəyə gətirilib.