WhatsApp-da müzakirələrə səbəb olan məxfilik siyasəti ilə bağlı uzatma 15 maya qədər davam edəcək. WhatsApp-ın məxfilik siyasətini təsdiq etməyən istifadəçilərin hesabları dayandırılacaq. Yeni istifadəçilər məxfilik siyasətini təsdiq etmədiklərində isə WhatsApp-dan istifadə edə bilməyəcək.
Facebook tərəfindən alınan WhatsApp-ın məxfilik siyasəti üçün etdiyi uzatma da sona çatır.
Facemark.az xəbər verir ki, WhatsApp, 2021-ci ilin əvvəlində gələn reaksiyalardan dolayı məxfilik siyasətinin təsdiqləmə tarixini 15 maya təxirə salmağa qərar vermişdi.
WhatsApp, biznes hesablarına daha çox məlumat təmin etmək üçün məxfilik siyasətində dəyişikliyə getmişdi. Şəxsi mesajlaşmalarda ucdan uca şifrələr qorunsa da biznes hesabları ilə edilən mesajlaşmalar şirkət tərəfindən işlənəcək.
WhatsApp bəzi ölkələr xaric dünya miqyasında bu yeni məxfilik siyasətinini təsdiq edilməsini məcbur etmişdi. Türkiyə də təsdiqləmə tələb edən ölkələrdən biridir. WhatsApp-ın fevralda verdiyi məlumata görə, yeni prinsipləri qəbul etməyən istifadəçilər 15 maydan sonra platformaya daxil ola bilməyəcək.
WhatsApp-ın yeni məxfilik siyasətini 15 maya qədər qəbul etməyən hesablar bir neçə gün ərzində hesablarına gələn mesaj və zəngləri bildiriş kimi görə biləcək. Ancaq platformanı onları oxumaq və cavablamaq üçün istifadə edə bilməyəcək.