Keçən ilin payızında hazırlanan qısa videolar xidməti YouTube Shorts istedadlı insanların inkişafı üçün şəxsi proqramını ərsəyə gətirib.
Facemark.az xəbər verir ki, bu proqram çərçivəsində platforma orijinal kontent istehsalçılarını cəlb edəcək.
Analoji fondlara TikTok, Likee və Snapchat-da da sahibdir. YouTube Shorts Fund-ın büdcəsi 100 milyon dollardır. Bu vəsait 2021-2022-ci illərdə iştirakçılar - kontent yaradıcıları arasında bölünəcək.
Qeyd edək ki, şirkətdən bildirilib ki, proqram yaxın aylarda istifadəyə veriləcək. Hazırda YouTube-da qısa videoların hazırlanması yalnız Hindistan və ABŞ-dan olan müəlliflər üçün əlçatandır.