HBO, CNN və Warner Bros studiyalarının sahibi ABŞ mərkəzli telekommunikasiya şirkəti AT&T, mərkəzində yer alan WarnerMedia ilə Discovery Channel, Animal Planet, TLC-yin mərkəzində yer alan rəqibi Discovery-nin birləşməsi məsələsində razılığa gəldiyi açıqlanıb.
Facemark.az xəbər verir ki, adı yaxın həftələrdə açıqlanacaq və təxmini 150 milyard dollar dəyəri ilə ən böyük media şirkətləri arasında yerini alacaq olan yeni şirkətin 71% payı AT&T-nin, 29%-i isə Discovery-nin olacaq.
Netflix və Disney+’a rəqib olacaq şirkətin liderliyini Discovery CEO-su David Zaslav öhdəsinə götürəcək.
AT&T 2018-ci ildə Time Warner-ı 109 milyard dollar satın almış və şirkətin adı WarnerMedia olaraq dəyişdirilib.
HBO və HBO Max-ın dünya miqyasında təxminən 64 milyon abunəçisi var, ötən ay Discovery pullu abunəçi sayının 15 milyona çatdığını açıqlamışdı.
Qeyd etmək yerinə düşər ki, Netflix-in dünya miqyasında 208 milyon abunəçisi var. Disney+’ın abunəçi sayı isə 100 milyona çatıb.