ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” şirkəti bədii və cizgi filmlərinin, eləcə də televiziya proqramlarının istehsalçısı olan yerli media şirkəti - “Metro Goldwyn Mayer”i (MGM) 8,45 milyard dollara satın alıb.
Facemark.az qeyd edirdi ki, CNBC-dən verilən xəbərə görə, onlayn satış şirkəti Amazon James Bond film seriyasının istehsalçısı MGM studiyasını aldığını elan edib.
Amazon Prime Video xidməti üçün bir çox TV və film kontenti almağa qərarlıdır. Rəqibləri sırasında Netflix, Disney və digər video yayım xidmətləri olduğunu qeyd etməkdə fayda var.
Sövdələşmə barədə xəbərdən sonra fond birjalarında "Amazon"un səhmləri 0,5% bahalaşıb. Qeyd edək ki, bu satınalma 13,7 milyard dollarlıq “Whole Foods”un alqı-satqısından sonra 2-ci ən bahalı müqavilədir.