Misinformasiya ilə mübarizə aparmaq üçün Facebook dəfələrlə feyk xəbər paylaşan səhifə adminlərinə xəbərdarlıq edib.
Facemark.az xəbər verir ki, əgər feyk xəbər paylaşan səhifəni bəyənmək istəsəniz, belə xəbərdarlıqlar görəcəksiniz: “bu səhifə tərəfindən dəfələrlə yanlış məlumat paylaşılıb” və “fakt yoxlayanlar qeyd edir ki, informasiya yanlışdır”.
Bundan sonra iki seçim təklif olunur; ya həmin səhifəyə baxmağa davam edəcəksiniz, ya da əvvəlki pəncərəyə qayıdacaqsınız.
Həmçinin şirkət bildirir ki, ardıcıl olaraq feyk xəbər paylaşan istifadəçilər üçün də sərtləşdirilmiş cəzalar nəzərdə tutulub.