Bazarın ən nəhəng və ən faydalı Adobe məhsullarından olan Photoshop istər istifadəçiləri, istərsə də, kodlayanları tərəfindən favoritlərdən biri hesab olunur.


Buna baxmayaraq, bu bazarda heç nə alternativsiz qalmır. Adobe Premiere kimi ideal proqram üçün belə əlavələrin yaranmaqda olduğu bu günlərdə facemark.az qəlbinizdə Adobe Photoshop-un yerini əvəzləyə biləcək seçimlər təqdim edir:



Affinity Photo


Qiyməti: Masaüstü üçün 50$, iPad üçün 20$


Uyğundur: macOS, Windows, iPad


Affinity Photo proqramı Photoshop kimi, fotoqraf, dizayner və sənətçilərin iş yükünü dəstəkləyən vasitələrə sahibdir. Abunə deyil, birdəfəlik ödənişlə sahib olmaq olar.



Luminar 4


Qiyməti: 89$


Uyğundur: macOS, Windows


Luminar 4 və sələfləri bəzən qəribə “bug”lara görə tənqid olunsalar da, bu illər ərzində dəyişdiyini müşahidə edirik. Əlavə olaraq, mürəkkəb işlərə çox vaxt sərf etmək istəməyən yenilər bu proqramdan istifadə edərək işlərinin sadə və sürətli olmağını təmin edə bilərlər.


Luminar 4 istifadəçilərinə başa düşmədikləri funksiya olduqca öyrədici internet bukletləri təqdim edir.



Pixelmator Pro


Qiyməti: 40$


Uyğundur: macOS


Pixelmator Pro macOS və “Photos” tətbiqi ilə problemsiz bir şəkildə inteqrasiya edilmək üçün hazırlanıb və hazırda Apple M1 cihazlarını da dəstəkləyir. Proqram App Store-da mövcuddur. Qatlardan istifadəni, süni zəka ilə tənzimlənmələri və RAW fotoşəkilləri dəstəkləyir.



GIMP


Qiyməti: Pulsuzdur


Uyğundur: macOS, Windows, Linux, Sun OpenSolaris, FreeBSD


GNU Image Manipulation Program (GIMP), həm güclü, həm də pulsuz olduğu üçün pulsuz foto düzəliş tətbiqləri arasında ən yaxşı seçimlərdən biridir. Photoshop-u tamamilə həyatınızdan çıxarmaq istədikdə büdcəniz baxımından sıxılırdınızsa, artıq buna ehtiyac qalmayacaq.


Mənbə: PetaPixel - The Best Adobe Photoshop Alternatives in 2021