Oyunçuların diqqətini cəlb etmək üçün heç bir fraqment, geri sayım, poster olmasa da, “PlayStation” “Uncharted 4: A Thief's End”in kompüterlər üçün olan versiyasının hazır olduğunu bildirib.
Facemark.az "Paper, Rock & Shotgun"a istinadən bildirir ki, oyunun PC versiyası “Oyun və şəbəkə xidmətləri” prezentasiyasının 26-cı slaydında təqdim olunub.
Versiyanın nə zaman aktiv olacağı bəlli deyil. “Uncharted 4” xəzinə ovçusu Nathan Drake-in dünyanın müxtəlif yerlərindən parlaq əşyalar axtarmağından danışan macəra oyunudur. Oyun öz keyfiyyəti ilə ayrılan büdcəni sübut edir.