Tərs mühəndislik mütəxəssisi Jane Manchun Wong öz Twitter hesabında tweetlərə emoji ilə reaksiya vermək üçün işlərin başladığını bildirib.
Facemark.az qeyd edir ki, Twitter mövcud olan ürək reaksiyasına əlavə olaraq dörd yeni tweet emoji variantını inkişaf etdirməyə hazırlaşır.
Reaksiyalar bu cürə olacaq:
“Cheer” - “Əcəbdir!”,
“Hmm” - “Maraqlıdır”,
“Sad” - “Məyus oldum”,
“Haha”.
Xüsusilə bu emojilərin seçilməsini Twitter-in araşdırmaları ilə əlaqələndirə bilərik: 2020-ci ildə tətbiqin istifadəçiləri ən çox “ağlayan üz” və “gülməkdən ağlayan” emojini istifadə edib.
Bu haqda Twitter qeyd edib ki, onlar hər zaman istifadəçiləri üçün rahat olan üsullar axtarmağa davam edirlər. Bu, o mənaya gəlir ki, Twitter yenilik olduğunun əksinə fikir bildirməyib. Böyük ehtimalla, funksiya yaxın zamanlarda test istifadəsinə veriləcək.
Qeyd etmək lazımdır ki, tweetləri bəyənmək funksiyası gəlməzdən əvvəl istifadəçilər bəyəndikləri tweetləri ulduzlaya bilirdilər.

