“Sony”nin yeni Bluetooth qulaqlıqları WF-100MX4-ın rəsmi mətbuat konfransı hələ keçirilməyib. Buna baxmayaraq, məhsulun tanıtım videosu Reddit-ə sızdırılıb.
Facemark.az xəbər verir ki, iki fərqli rəng seçiminə sahib olan məhsul səsli köməkçi və kabelsiz adapter kimi bir çox funksiyaya sahibdir.
Videoda qeyd edilir ki, IPX4 su keçirməmək sertifikatına sahibdir. Səsli asistan sayəsində isə kənardan eşidilən şumları əngəlləyir.
Qeyd edək ki, videonun yayımlanmasına baxmayaraq, məhsulun qiyməti və bazara təqdim ediləcəyi vaxt ilə bağlı məlumat paylaşılmayıb.