Bir neçə ay əvvəl “Telegram” və “Signal” Whatsapp-ın boykot edilməsi səbəbilə ən çox yüklənən platforma oldular. Belə görünür ki, artıq “Telegram” özü də müəyyən tədbirlər görməlidir.
Facemark.az "Digital Information World"ə istinadən xəbər verir ki, kənardan təhlükəsiz və yaxşı kodlanmış mesaj platforması kimi görünən Telegram sıradan çıxmağa başlayır. Kiber təhlükəsizlik üzrə mütəxəssislər qeyd edirlər ki, bu platforma artıq xakerlərin və kiber cinayətkarların datalar paylaşdıqları yerə çevrilib. “VPNMentor” adlı VPN servisi bildirir ki, Telegram nə qədər təhlükəsiz görünsə də, xakerlər insanların datalarını asanlıqla paylaşa bilir, onları təhdit edərək şəbəkələrinə çəkə bilir.
Bu iki araşdırma bir qədər köhnə olsa da, “NortonLifeLock” tərəfindən aparılan araşdırmalar da eyni nəticəyə çıxır. “Telegram”dakı qrup və kanallarda data, məhsul, saxta pasport və pirat proqramların illeqal alış-satışı mövcuddur. Bu qədər önəmli zamanlarda peyvəndlərin belə illeqal şəkildə satıldığını düşünsək, bu satışlar cinayət hesab oluna bilər.
Bəs mütəxəssislər bunu necə aşkar edə bilib?
Bu saxtakarlıqları aşkar etmək üçün tədqiqat qrupunun bəzi üzvləri Telegramlardakı qruplara və kanallara qoşulub. İlleqal satışların olduğu yerlərdə 10 mindən çox abunənin və üzvün olduğu məlum olub.
Sual budur ki, “Dark Web” mövcuddursa, nəyə görə insanlar bunu Telegramda edirlər?
Məsələ burasındadır ki, Telegram istifadəçilərini qorumaq məqsədilə şifrəli söhbətlər və məxfilik siyasətinə sahib olduğu üçün, ilk növbədə, cinayətkarlar üçün üstünlüyə malikdir. İkincisi, “Dark Web” ilə müqayisədə giriş maneələri daha azdır. Üçüncüsü isə bu şəkildə internetdə eyni işi görən insanlara nəzərən ifşa olunma ehtimalları daha azdır.
