Instagramdakı hekayə funksiyasının adaptasiyası olan “Fleet” reklam fuksiyasını test edir.


Facemark.az “TechCrunch”a istinadən xəbər verir ki, ekran ölçüsünə uyğun olan Twitter reklamları Facebook, Instagram, Snapchat, TikTok kimi platformalarla açıq rəqabətə girə bilər.


Test hələlik yalnız ABŞ ərazisində bir neçə sahə üzərindən aparılacaq: texnologiya, pərakəndə satış obyektləri, yemək sektoru ilkin versiyanın müştəriləridir. Reklamlar istifadəçi hekayələri arasında yerləşəcək. 30 saniyəlik statik video və şəkillər reklam kimi qəbul oluna bilər. Şirkətlər kampaniyalarına gələn klikləri, cavabları, baxış sayını görəcək və statistikanı analiz edə biləcəklər.


Twitter funksiyanın nə vaxt gələcəyi haqqında dəqiq açıqlama verməyib. Şirkət istəyir ki, yeni funksiyanı əlavə etməmişdən əvvəl istifadəçilərin fikirlərini öyrənsin və onların bu yeniliyə adaptasiya müddətini analiz etsin.


Qeyd edək ki, Twitter hekayə funksiyasını 2020-ci ilin mart ayında aktiv edib. Funksiya ilk dəfə Braziliyada test edilib. Tweetlərdən başqa, fleetlərə şəkil, video yükləmək mümkündür. Şəxsi mesajlar hissəsindən fleetlərinizə gələn mesajlara cavab yaza bilərsiniz.