Mozilla “Firefox” brauzerinin dizaynını yenidən nəzərdən keçirəcək. Facemark.az şirkətin bloquna istinadən bildirir ki, yeni dizayn sayta girişi asanlaşdırmağa fokuslanacaq.


Proqram təminatçıları qeyd edirlər ki, yaxşı dizayn görünməz olmalıdır, ona görə də yeni dizaynda əsas 2 nüans nəzərə alınacaq: faydalılıq və görünməzlik. Onlar istifadəçilərin internetdə vərdiş etdikləri məsələlərə də xüsusi diqqət ayıracaqlarını bildiriblər.



Şirkət axtarış menyusunu optimizasiya edəcək. "Mozilla"ya əsasən, giriş sazlamalarına daxil olmaq üçün əsas 2 yol var: sağ tərəfdə yerləşən, sağ kliklə açılan hamburqer menyu. Komanda bu ardıcıllığı hansı funksiyaların çox klikləndiyinə nəzər yetirərək tərtib edib.



Pəncərələrin yenidən dizaynı menyunu daha faydalı etməyə fokuslanıb. Məqalədə bildirilir ki, istifadəçilərin yarısından çoxu 4 və ya 4-dən çox pəncərə ilə işləyir. Pəncərələri sürüşdürmək funksiyası, video “autoplay”i bloklayan vizual indikatorlar yumuşaqlaşdırılıb. Pəncərələrin təşkili isə sadələşdirilib: pəncərələrin yerləşdiyi xətt genişləndirilib.




Yenilənmiş brauzerdə “Mozilla” bildirişləri səssizləşdirilib - təminatçılar istifadəçilərin fikrini yayındıracaq nüansları aradan qaldırmağa çalışıb.