Martda Şimali və Cənubi Amerika, eyni zamanda Avropanın bir çox ölkəsi üçün onlayn olan “stage” funksiyası bu gün etibarilə ölkəmizdə onlayn olub.
![]()
Facemark.az qeyd edir ki,“Discord” insanların söhbətlərinə virtual dinləyicilərin də əlavə olunmasını təmin edən ən son şirkətdir. Bu xüsusiyyətin “Clubhouse”un ümumi prinsipinə bənzəməsi maraqlı faktdır. “Discord” “Stage Kanalları” adlanan bu funksiyanın Windows, macOS, Linux, iOS, Android və web versiyası daxil olmaqla Discord-un olduğu bütün platformalarda mövcud olduğunu bildirib.
Əvvəllər Discord istifadə etmisinizsə, tətbiqin səsli kanal funksiyasının olduğunu artıq bilirsiniz. Bu, hər kəsin sərbəst danışmasına imkan verir. Digər tərəfdən “Stage Kanalı” isə müəyyən şəxslərin bir qrup dinləyici müşaiyəti ilə danışmasını təmin edir.