“Spotify” istifadəçiləri üçün məlumdur ki, hər ilin sonu bu tətbiq ən çox dinlədiyiniz mahnılardan tutmuş yaradıcılığına tez-tez müraciət etdiyiniz artistlərə qədər hər şeyin hesabatını verir. Bu, “Spotify”ı digər musiqi platformalarından fərqləndirən və istifadəçilərinə özlərini xüsusi hiss etməkləri üçün imkan təqdim edən maraqlı xüsusiyyətdir.
Facemark.az bildirir ki, iyun ayına qədəm basmağımızla birgə tətbiq “Təkcə sən” adı altında yarım il ərzində dinlədiklərimizi astrologiya ilə birləşdirərək təqdim edib.
Hissələr bu cürə irəliləyir: “Dünyada 345 milyon insan Spotify-da mahnılara və podkastlara qulaq asır. Amma heç kim sənin dinlədiyin kimi dinləmir. Təkcə sən bu zövqə maliksən”.
İstifaçilərin qürurunu oxşayan bu sözlərdən sonra proqram dinlədiyiniz ən əlaqəsiz musiqiçiləri bir araya gətirir:
“Kim Mozartdan sonra Queen dinləyər? Təkcə sən”.
“Təkcə sən 2017, 1963 və 2021-ci ilə səyahət edə bilərdin”.
“Gecə vaxtarı Yot Club tərəfindən “YKWIM?”ə qulaq asmaq elə tam sənlik hərəkətdir”.
Proqram eyni zamanda sizin Günəş bürcünüzü (ən çox dinlədiyiniz musiqiçiyə əsasən), Ay bürcünüzü (dinlədiyiniz ən emosional musiqiçi), yüksələn bürcünüzü (son zamanlar kəşf etdiyiniz musiqiçi) təyin edir.
Qeyd edək ki, “Spotify” fevraldan bəri Azərbaycanda da istifadəyə açılıb.

