Samsung yeni virtual köməkçi konsept ideyası üzərində düşünür. “Lightfarm Studios” və “Samsung” tərəfindən yaradılan bu 3D köməkçi Twitter istifadəçilərin diqqətini çəkib.


Üzərindəki “Samsung” loqosunu görməsəniz, “Dreamworks” qəhrəmanlarından birinə oxşada bilərsiniz.



Lightfarm silinən postda bunu qeyd edib: "Artıq 2D versiyaya sahib olan personaj daha müasir, həyəcan verici olsun deyə xüsusi quruluşa, üz ifadəsinə, davranışa sahibdir. Proses ərzində komanda vaxtını obrazın saçları və geyimləri üçün real materiallar hazırlamağa həsr etdi. Ona görə də Sam estetik baxımdan xoş görünür. Sam “Cheil Agency” və “Lightfarm” arasında inanılmaz bir ortaqlıq idi və bu layihənin bir hissəsi olduğumuz üçün çox xoşbəxtik! ”