Kült halına gəlmiş brendlər arasında "Starbucks"a rəqib azdır.


Facemark bildirir ki, bu qəhvə şirkətinin əsas fərqliliyi trendlərdən, endirimlərdən, sosial şəbəkələrdən və insanların geri dönüşlərindən düzgün istifadə edərək qəhvəyə bələd olan Y, X nəslindən əlavə, gənc nəsli də özünə bağlaya bilməkdir.


Son günlər bir çox Starbucks filialında tədarük qıtlığı səbəbilə sosial şəbəkələrdə yazılan şikayət dolu paylaşımlar brendi yenidən gündəmə gətirib.


Aprelin sonlarında yulaf südünün olmaması səbəbilə Starbucks-ın tətbiqində süd seçimi tamamilə silindi. Bu həftə isə müştəriləri fərqli bir bildiriş gözləyirdi: "Mövcud tədarük çatışmazlığı səbəbindən bəzi favorit içkilərinizi müvəqqəti olaraq satmaya bilərik, - tətbiqdə paylaşılmış məktubda bu qeyd olunu, - Fərqli seçimlər üçün menyuya baxmaqdan və ya baristanızdan məsləhət almaqdan çəkinməyin”.


Təsəvvür etmək çətin deyil ki, şirkətin sadiq müştəriləri bu dəyişikliyə hazır deyildilər.



Tədarükün azlığı səbəbilə 25 menyu məhsulu: sendviçləri, çay və yaşıl çay, fındıq şərbəti, matça tozu və hətta limonad da daxil olmaqla bir çox kateqoriyadan məhsullar təqdim oluna bilmir.


"Bəzi məhsullarımız üçün müvəqqəti tədarük çatışmazlığı yaşayırıq, - bunu “Insider”a Starbucks-ın mətbuat xidmətinin rəhbəri bildirib, - Xüsusi məhsullar bazara və mağazaya görə dəyişəcək və hər filialımız müxtəlif vaxtlarda tədarüklə təmin olunacaqlar".


Qeyd etmək lazımdır ki, Starbucks pandemiya ilə əlaqədar olaraq qida çatışmazlığının yaşayan ilk fast-food şirkəti deyil.