Artıq tweetlərinizi asanlıqla Instagram hekayənizdə paylaşa biləcəksiniz.
Twitter yeni funksiyasını izləyicilərinə təqdim edib. Facemark xəbər verir ki, birbaşa keçidlə Twitterdə paylaşılan yazıları Instagram hekayəsinə əlavə etmək mümkün olacaq.
pls stop posting screenshots of Tweets on IG Stories. you can now share Tweets directly on iOS.
-management pic.twitter.com/wpjnElsRTK
— Twitter (@Twitter) June 22, 2021
Şirkət rəsmi hesabında yazdığı tweetdə qeyd edib: “Xahiş edirik, artıq tweetlərinizi hekayələrinizə əlavə etmək üçün ekran görüntüsü almayın”.
