Instagram veb brauzerdən post paylaşmaq imkanı təqdim edib. Bu, tətbiq üçün böyük addımdır, çünki ilk dəfədir ki, mobil tətbiqdən kənarda - veb brauzerdə insanlara bu cürə funksiya təqdim olunur.


Facemark bildirir ki, şirkət funksiyanı rəsmi olaraq təsdiqləyib. Qeyd edilir ki, bu funksiya bütün istifadəçilərə deyil, yalnız müəyyən insanlara test formatında təqdim olunub. Qeyd edək ki, Instagram bu tipli test funksiyalarını, əsasən, sonrakı həftələrdə bütün istifadəçilərə açıq elan edir.


Şirkətin mətbuat xidməti rəhbəri qeyd edir ki, onlar da bir çox istifadəçinin kompüterdən daxil olduğunu müşahidə ediblər: “Onların istəklərini qarşılamaq üçün bu funksiyanı sınaqdan keçiririk”.