Telegram qrup video zəng funksiyasını aktiv edib.


Facemark tətbiqin mətbuat xidmətinə istinadən xəbər verir ki, zəngdəki istifadəçilərdən biri video rejimi aktiv etsə, səsli söhbətdən video konfrans rejiminə keçid mümkün olacaq.


Bu funksiya smartfonlar, planşetlər və kompüterlərdə dəstəklənir. Video yayımı tam ekrana qədər genişləndirilə bilər, bir iştirakçının görüntüsünü sabitləyə bilərsiniz.


Video konfransdakı iştirakçıların maksimum sayı 30-dur. Mesajlaşma xidməti olan Telegram yaxın vaxtlarda bu sayın çoxalacağını qeyd edib.