TikTok-da intihar mövzularında 1,7 mindən çox video aşkar edilib.
Facemark xarici mediaya əsasən bildirir ki, eyni zamanda, 580 mindən çox insan bu cür videoları izləyib. Bu, bütün nəhəng sosial media platformaları arasında ən yüksək göstəricidir.
TikTok-la yanaşı, Facebook, Instagram və VKontakte-də də məzmunlar analiz olunsa da, TikTok siyahıda birincidir. Həmin bu video platforması intiharla bağlı heşteqləri bloklasa da, məzmunun özünü silmir və insanların qarşısına çıxmasını əngəlləyə bilmir.
TikTok-un mətbuat xidməti verdiyi açıqlamada qeyd edir ki, onlar üçün mütləq prioritet təhlükəsizdir. Videoların 94.4%-i insanlar tərəfindən şikayət edilmədən əvvəl analiz edilir və silinir. Bundan əlavə, 2020-ci ilin ikinci yarısında intihar və özünə zərər vermə mövzusunda alınmış qərarlar psixiyatr köməyi ilə yenidən redaktə edilib və hazırlanıb.