iPhone 12 “ProRAW” və Pro modelləri üçün LiDAR sensoru ilə kameralarını təkmilləşdirsə də, bu yenilik iPhone 11 və Xs qədər diqqət görmədi.
Facemark “The Next Web”ə istinadən bildirir ki, “Apple” bu il kamera parametrlərini düzəltməyi və ultra geniş rakursa sahib sensorda avtofokus tətbiq etməyi planlaşdırır. Məşhur “Apple” analitiki Ming-Chi Kuoya görə şirkət bu ilki yeni məhsul təqdimatını Pro modellərində təqdim edəcək.
Pro modellərindəki geniş rakurslu linzalar kadrda tək bir obyekt üzərində cəmləşərək fotoşəkil çəkməyinizə kömək edən avtofokus funksiyasına malikdir. Bu yeni funksiya isə istifadəçilərə mənzərə şəkilləri çəkməkdə köməkçi olacaq.
Bu yeni Apple məhsulunun təqdimat tarixi, qiyməti və digər məlumatları rəsmi olaraq açıqlanmasa da, internetə informasiyalar sızdırılıb. Yeni məhsulda 120 Hz ekran və daha güclü batereya sistemi mövcud olacaq. USB-C şunurunun istifadəsi haqqında isə dəqiq məlumat yoxdur.