“Uber Technologies Inc” işçilərinin uzaqdan işləməyinə icazə verəcək.
Facemark “Reuters”ə istinadən bildirir ki, ofisə qayıtma yeniliyinə əlavə olaraq, “Uber” işçilərinə günün yarısını sərbəst işləməyə icazə verəcək. Yeni qərarın 29 iyun axşam açıqlanacağı qeyd olunub.
Qeyd etdiyimiz kimi, pandemiya məhdudiyyətlərinin yumuşalması səbəbilə bir çox şirkət işçilərini yenidən ofisə çağırıb.
Əlavə oxu: "Apple" işçiləri ofisə qayıtmaqdan imtina etdilər
Digər qlobal şirkətlərin əksinə “Uber” işçilərinə sərbəstlik təqdim edir. Bir “Uber” işçisi bir həftənin 5 günü işə gəlib gələn həftə yalnız evdən işləyə bilər.
Şirkət apreldə etdiyi açıqlamada qeyd edir: “İşçilərimiz 2 gün evdən işləyə bilərlər. Digər 3 gün isə ofisə gəlməklərini səbirsizliklə gözləyirik”.
Mənbədən daxil olan məlumata görə, bu gün axşam açıqlanacaq xəbərdə bir çox işçiyə yalnız uzaqdan məsafəli işləmək imkanı təqdim olunacaq.